Pakistanın Belucistan əyalətində Kvetta-Karaçi marşrutu ilə hərəkət edən sərnişin avtobusu dərəyə aşıb.

Unikal.org-un "Geo TV"yə istinadən verdiyi məlumata görə, avtobusun dərəyə aşması nəticəsində 5 nəfər həlak olub, azı 15 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.