Türkiyədə "Sibir qarayarası" xəstəliyinə yoluxma şübhəsi il 73 nəfər xəstəxanaya yerləşdirilib.

Unikal.org-un məlumatına görə, bu barədə Türkiyə "Akşam" qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, Trabzon rayonunun Akçaabat qəsəbəsində 3 nəfərin artıq bu virusa yoluxduğu təsdiqlənib, 39 yaşlı Fatma Çakır həyatını itirib. Qəsəbə sakinlərinin "Sibir qarayarası"na yoluxmuş inək ətindən istifadə etmələri nəticəsində bu xəstəliyə yoluxduqları ehtimal edilir