Boliviyanın Oruro şəhərində karnaval zamanı qaz balonunun partlaması nəticəsində 8 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Unikal.org-un "Reuters"-ə istinadən verdiyi xəbərə görə, partlayışa səbəb küçədə fəaliyyət göstərən açıq kafedə qaz balonundan istifadə qaydalarının pozulması olub.
Faciə karnaval zamanı, izdihamın hərəkət etdiyi küçədə baş verib. Ölənlər arasında 3 üşağın olduğu bildirilir.
Boliviya prezidenti Evo Morales ölənlərin yaxınlarına başsağlığı verib.