Moskva yaxınlığında AN-148 tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən üç əcnəbidən ikisinin vətəndaşlığı müəyyənləşdirilir.
Unikal.org-un xəbərinə görə, bu barədə Rusiya FHN-in nümayəndəsi İqor Kutrovski bildirib.
Bundan əvvəl təyyarə qəzasında ölənəcnəbilərdən birinin Azərbaycanvətəndaşıolduğu təsdiqlənib.
Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, qəzada ölən Namiq Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.