Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün yanvarın 20-də başladığı "Zeytun budağı əməliyyatında indiyə qədər 31 əsgər şəhid olub, 143 əsgər yaralanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

İnformasiyaya əsasən, əməliyyatın 24-cü günü 103 terrorçu zərərsizləşdirilib.

"Zeytun budağı başlayandan - yanvarın 20-dən fevralın 12-dək 1369 terrorçu məhv edilib.