Rusiyanın Saratov şəhərində qrip virusunun yayılması ilə əlaqədar məktəblər 10 gün müddətinə bağlanıb.
Unikal.org xəbər verir ki, məktəblərdə fevralın 14-dən dərslər dayandırılacaq.
Ümumilikdə şəhər ərazisində 207 orta məktəbin və 3 məktəbəqədər təhsil müəssisəsinin bağlandığı deyilir.
Məktəblərin fevralın 26-ı işini bərpa edəcəyi planlaşdırılır.
Qrip epidemiyası ilə əlaqədar sakinlərə açıq havada maska ilə gəzmək məsləhət görülüb.