" Mənim halım pis olanda, xəstəxanada, evdə Frey mənim xilaskarım olurdu. Daim yanımda uzanır, başını sinəmə, dizimə qoyurdu. Mən inanıram ki, itlərin 6-cı hissi var. Mənə elə gəlir ki, Freya ona görə ölmədi ki, mənə xərçənglə mübarizədə dəstək olsun. Bəzən mən ona baxıb qorxmuram, qalib gələcəyimi düşünürəm, ondan ilhamlanıram. Əgər o veterrinarın dediyi kimi, 6 aydan sonra ölsəydi, bu xəstəliklə tək necə mübarizə aparacağımı təsəvvür etmirəm"- deyə Sara bildirir.
"O ki qaldı itin xəstəliyinə, o 4 ildir ki, yaşayır və aktivdir. O, super qəhrəmandır. Bu onu göstərir ki, həkimlər çox vaxt səhv edə bilər."