Niderlandın xarici işlər naziri Halbe Zeylstra vəzifəsidən istefa verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, onun dediyi yalan illər sonra ortaya çıxıb. Belə ki, nazir 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü deyib. Ancaq belə bir görüşün olmadığı, H.Zeylstranın yalan danışdığı indi məlum olub.

11 il sonra 49 yaşlı nazir səhvini etiraf edib və üzr istəyib. O bundan sonra istefa verməli olduğunu açıqlayıb. Keçmiş nazir millət vəkilləri qarşısında son çıxışını edərkən göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, H.Zeylstra 4 ay öncə nazir vəzifəsinə təyin edilmişdi. Onun sabah Moskvaya rəsmi səfəri tutmalı idi.