Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, bir neçə Avropa ölkəsində görüşlər keçirəcək.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanmış və məhkəmə qərarı ilə Polşaya deportasiya olunmuşdu.

M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib. Sabiq prezident Ukraynada, eləcə də Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.