ABŞ Ermənistana xəbərdarlıq edib.
Unikal.org xəbər verir ki, bu barədə "Aykakan Jamanak qəzeti ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi Vaşinqton Rusiyanın hərbi-sənaye şirkətləri ilə əhəmiyyətli müqavilələr imzalayacağı təqdirdə Yerevana qarşı sanksiya tətbiq edə bilər.
Nəşrin məlumatına görə, xəbərdarlıq məktubu səfirlik tərəfindən Ermənistan hökumətinə təqdim edilib.