Ermənistanın paytaxtı Yerevanda VTB-nin filialına soyğunçuluq məqsədilə hücum edilib.
Unikal.org-un "news.am saytına istinadən verdiyi məlumata görə, 2 nəfər maskalı şəxs tapança ilə banka daxil olub. Qeyri-rəsmi məlumata əsasən onlar bankdan 7 milyon dram (təxminən 15 min dollar) götürüblər.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.