"Yaxın günlərdə, qısa müddətdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq.

Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib.

"Həm də terror təşkilatının kimlərləsə bazarlıq etmək imkanı da aradan qalxacaq. Türkiyənin "qırmızı cizgilərini yox sayanların alınlarına bu "qırmızı cizgini çəkmək və var olduğumuzu göstərmək boynumuzun borcudur. Suriyada "Fərat qalxanı, "Zeytun budağı əməliyyatında olduğu kimi, Telabyaddan Qamışlıya qədər hər yerdə terrorçuların kökünü kəsəcəyik. Dünən Rusiya və İran prezidentləri ilə telefon danışığımız oldu. Türkiyə hər zaman istənilən vəziyyətdə çoxyönlü siyasət həyata keçirmək məcburiyyətindədir. Yaxın günlərdə Afrin şəhərindəki terrorçuların mühasirəyə alınmasına başlanılacaq".