Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı əməliyyatının 37-günündə daha bir şəhid verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK / YPG / PYD terror təşkilatları ilə atışma zamanı Suriya sərhədində türk hərbiçisi şəhid olub.
Şəhid Kırıkhan Dövlət Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.