17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçısı Məmməd Hüseynov zədələnib.
Hadisə Avropa çempionatının qrup mərhələsinin Belçika ilə oyunda baş verib.
Matçın 59-cu dəqiqəsində rəqibin hücumu zamanı Hüseynov Belçika yığmasında forma geyinən Jules Vanhaeke ilə toqquşub. Nəticədə azərbaycanlı qolkiper yerdə qalıb. Komanda həkimlərinin və "təcilli yardım" əməkdaşlarının köməkliyi nəticəsində Hüseynov özünə gəlib. Qapıçı təcili xəstəxanaya aparılıb.
M.Hüseynovu Kamran İbrahimov əvəzləyib.
(report.az)