FİFA prezidenti Canni İnfantino AFFA-nın Məşqçilər Komitəsinin üzvü, müxtəlif komandalarda məşqçi və baş məşqçi vəzifəsində çalışmış Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Unikal.org-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, ali futbol qurumunun rəhbəri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) başsağlığı məktubu ünvanlayıb.

Xatırladaq ki, B.Hacıyev martın 16-ı vəfat edib.