Müğənni Keti Peri Yaponiyada verilişlərdən birinə dəvət olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı ifaçı proqramda keçirilən bir yemək yarışmasında iştirak etmək istədiyini bildirib.
Ketinin qarşısına qızardılmış toyuq ətləri gətirilib. O, qalib gəlmək üçün 7 ədəd toyuq parçasını ağzına doldurub. Lakin bu vaxt çətin anlar yaşayıb.
Perinin boğulduğunu görən aparıcı və proqramın işçiləri onun köməyinə gəliblər.