Numerologiya mütəxəssisi Devid Miid növbəti qiyamət iddiasını irəli sürüb.

Unikal.org xəbər verir ki, daha əvvəl 2 fərqli tarixdə dünyanın sonunun gələcəyini deyən Miid 11 aprel 2018-ci il tarixində itkin planet "X Nibiru"nun Yerlə toqquşacağını və bu hadisənin dünyanın axırını gətirib çıxaracağını iddia edir. O, 11 aprel tarixində Dəccalın qaranlıqdan çıxaraq hərəkətə keçəcəyini deyib.

Devid Miid həmçinin bildirib ki, 21 avqust 2017-ci il tarixində reallaşan Günəş tutulması 7 il davam edəcək çətinlik dövrünün başlanğıcıdır.

Numeroloq tutulmanın ABŞ-ın 33-cü ştatı Oreqonda başlayaraq 33-cü paraleldə yerləşən Cənubi Karolinada bitdiyini qeyd edib və bu tip hadisənin daha öncə 99 il əvvəl baş verdiyini vurğulayıb. (qaynarinfo.az)