Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Unikal.org-un məlumatına görə, turun son oyununda çempionluğunu rəsmiləşdirən "Qarabağ doğma azarkeşlər önündə "Neftçi ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Rəhman Hacıyev vurub. Yarımmüdafiəçi 37-ci dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran flaqman 4-cü pilləyə yüksəlib.

Turun ilk 3 qarşılaşmasında "Kəpəz" "Sumqayıt"la, "Qəbələ" "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Səbail" isə evdə "Zirə"yə uduzub - 0:1.