Beynəlxalq Futbol Federasiyasının (FİFA) yeni seçilmiş prezidenti Canni İnfantino Seneqaldan olan xsnım Fatma Samuru qrumun baş katibi vəzifəsinə təyin edib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, F. Samur tarixdə ilk qadındır ki, FİFA-ya baş katib seçilib.

Yeni baş katib hazırda BMT-də fəaliyyət göstərir.

Qeyd edək ki, FİFA-nın bundan öncəki baş katibi Jer Valke olub. O, korrupsiya əməlinə görə 12 il müddətinə futboldan uzaqlaşdırılıb.