Futbol üzrə Türkiyə Super Liqasını tərk edəcək üçüncü klubun da adına aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, "Osmanlıspor elita ilə vidalaşmaq məcburiyyətində qalıb. Buna Super Liqanın 33-cü turunda "Akhisarsporun səfədə "Kayserisporu 2:1 hesabıyla məğlub etməsi səbəb olub. Bu nəticədən sonra xal ehtiyatını 39-a çatdıran "Akhisarspor elitada qalmağı təmin edib. Nəticədə 33 xalı olan "Osmanlısporun sona bir tur qalmış heç bir şansı qalmayıb.

Qeyd edək ki, "Osmanlıspor üç mövsüm idi Super Liqada mübarizə aparırdı. Paytaxt klubundan öncə "Karabüksporla "Gənclərbirliyi TFF 1-ci liqaya düşmüşdü.