"Sportinqin müdafiəçisi Fabio Koentrao Portuqaliya millisi ilə dünya çempionatına qatılmaq istəmədiyini bildirib.
Unikal.org xəbər verir ki, 30 yaşlı futbolçu sosial mediadakı hesabında gərgin mövsüm keçirdiyini, buna görə, DÇ-2018-də Portuqaliya millisində yer almayacağını açıqlayıb:
"Keçən həftə uzun müddət düşündükdən sonra, gərgin keçən mövsümün ardından DÇ-2018-də Portuqaliya millisini təmsil etmək üçün özümü kifayət qədər yaxşı hiss etmədiyimi bildirdim. Gələcəkdə yenə milli komandada çıxış edəcəyimi düşünürəm. O vaxta qədər komandaya daim dəstək olacam. Yaxında görüşərik.
Xatırladaq ki, Koentrao 2009-cu ildən Portuqaliya yığmasının şərəfini qoruyur. O, bu müddətdə 52 dəfə milli formanı geyinib. Müqavilə ilə "Reala məxsus olan, "Sportinqdə icarə əsasında çıxış edən sol cinah müdafiəçisi son mövsümdə şans qazandığı 43 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.