Argentina futbolunun əfsanəsi Dieqo Maradona bundan sonra Belarusda işləyəcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Maradona Brest "Dinamosu ilə anlaşıb. Ancaq o, Belarusda məşqçi kimi fəaliyyət göstərməyəcək. Dieqo "Dinamonun idarə heyətinin sədri təyin edilib. Onunla 3 illik müqavilə bağlanıb.
Maradona məsələ ilə bağlı "instaqramda belə yazıb:
"Müqaviləni imzalayıram və Brest "Dinamosunun bossu oluram. Mənə etibar etdikləri üçün hər kəsə təşəkkür edirəm.