FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Unikal.org  xəbər verir ki, Azərbaycan yığması əvvəlki kimi yenə 126-cı sırada qərarlaşıb. Millimizin hesabında 245 xal var. Qurban Qurbanovun komandası Yəmənlə Antiqua və Barbudadan (251) bir pillə geri qalıb, Sudanla (245) isə eyni pilləni bölüşür.

Yoldaşlıq görüşündəki rəqiblərimizdən Qırğızıstan (424) millisi 75-ci, Qazaxıstan (273) yığması 117-ci, Latviya (217) seçməsi isə 139-cu sırada yer alıb. Millətlər Liqasındakı rəqiblərimizdən Farer adaları (364) 93-cü, Kosovo (164) 152-ci, Malta (62) isə 185-ci pillədə qərarlaşıb.

Siyahıya Almaniya (1544) millisi başçılıq edir. Son dünya çempionlarını Braziliya (1384) və Belçika (1346) yığmaları izləyir.

Millimizin "qonşular"ı

122 (122). Tailand - 253
123 (123). Ruanda - 252
124 (124). Antiqua və Barbuda - 251
124 (125). Yəmən - 251
126 (126). Azərbaycan - 245
126 (126). Sudan - 245
128 (129). Türkmənistan - 242
128 (129). Toqo - 242
130 (126). Sent-Kitts və Nevis - 241

İlk onluq

1 (1). Almaniya - 1544
2 (2). Braziliya - 1384
3 (3). Belçika - 1346
4 (4). Portuqaliya - 1306
5 (5). Argentina - 1254
6 (6). İsveçrə - 1179
7 (7). Fransa - 1166
8 (8). İspaniya - 1162
9 (9). Çili - 1146
10 (10). Polşa - 1128