AEK-ə 2:0 hesabı ilə qalib gələn PAOK Yunanıstan kubokunu qazanıb.

Unikal.org xarici mətbuata istiandən xəbər verir ki, final qarşılaşmasından sonra PAOK-un baş məşqçisi Razvan Luçesku sərt açıqlama verib. O, Yunanıstan çempionatında baş verənləri faşist Almaniyası ilə müqayisə edib:

"Yunanıstan çempionatında baş verənlər ancaq faşist Almaniyasında yaşana bilərdi. Başqa heç yerdə.

Cari mövsümdə PAOK-a iki dəfə texniki məğlubiyyət verilib. Məhz bu məğlubiyyətlərin nəticəsində komanda çempionatı 2-ci pillədə başa vurub.

Razvan Luçesku məşhur rumın mütəxəssis Mirça Luçeskunun oğludu.