"Kəpəzin elitanı tərk edəcəyi rəsmən elan edilsə də, gəncəli azarkeşlər, komandanın məşqçilər korpusu hələ də AFFA tərəfindən güzəşt olunacağına ümidlərini itirməyiblər.
Ölkənin ikinci böyük şəhərinin futbol azarkeşləri klubun yaşaması və premiyer liqada fəaliyyətini davam etdirməsini arzu edirlər.
"Gəncəlilərin üzvləri bu məsələnin danışılıb, həll edilməsi üçün Gəncə şəhər icra başçısı Elmar Vəliyevlə görüşmək fikrinə düşüb. Belə ki, "gəncəlilər ona klubun xilaskarı kimi baxırdı.
Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı klub üzvlərini qəbul etmir. Belə ki, bugün - sabah deyərək vaxtı uzadır. Məlumatda bildirilir ki, hazırda klubun vəziyyəti daha da çətinləşməyə doğru gedir.
Məsələ ilə bağlı "Kəpəz klubunun baş məşqçisi Yunis Hüseynovla əlaqə saxladıq. Unikal.org-a danışan baş Y.Hüseynov da hələ ki, Elmar Vəliyevlə görüşə bilmədiyini deyib. Baş məşqçi də görüş təyin olunacağı günü səbirsizliklə gözləyir.
Qeyd edək ki, Elmar Vəliyev ötən ilin dekabrında Kirovabad "Dinamosunun SSRİ çempionatının yüksək liqasına yüksəlməsinin 50 illiyi ilə bağlı təşkil olunan tədbirdə qonaqlara, şəhərin idman ictimaiyyətinə və media nümayəndələrinə "Kəpəzlə bağlı söz vermişdi. O, "Kəpəzlə bağlı bunları dilə gətirib:
"Növbəti mövsümdə daha iddialı, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq "Kəpəz görəcəksiniz. O həmçinin vurğulayıb ki, bunun üçün əməli addımlar atılacaq.
Aygün İlqarqızı