Topaz Premyer Liqasında 2017/18 mövsümü başa çatıb. 

Unikal.org-un məlumatına görə, mövsümə "Qəbələ - "Qarabağ matçı ilə yekun vurulub.

Ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra ilk 3 yerdə qərarlaşmış komandalar medallarına qovuşublar.

Komandalara mükafatlarını AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev təqdim edib.

Qeyd edək ki, "Qarabağ mövsümü birinci, "Qəbələ ikinci, "Neftçi isə üçüncü pillədə başa vurub.