"Roma daha bir türk futbolçu ilə ciddi maraqlanır.
Unikal.org xəbər verir ki, Roma klubu "Beşiktaşın futbolçusu Tolqay Arslanı heyətə cəlb etmək istəyir.
Almaniyada doğulmuş 27 yaşlı futbolçunun qiymətinin 12 milyon avro olduğu bildirilir. Bu qiymətin "Romanı qane etdiyi də iddia olunur. İtaliya klubunun yaxın günlərdə "Beşiktaşa rəsmi təkliflə müraciət edəcəyi gözlənilir.
"Romanın heyətində daha bir türk futbolçu - Cengiz Ünder çıxış edir.