Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Unikal.org  AFFA-nın saytına istinadən xəbər verir ki, Riçard Almeyda zədəli olduğundan millinin hazırlıq prosesini tərk edib.

Qeyd edək ki, Azərbaycan yığma komandası mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan milliisi ilə yoldaşlıq görüşü keçirəcək. Həmin qarşılaşma saat 20:00-da başlanacaq.