"Keşlə və "Qəbələ klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununun hakim təyinatları açıqlanıb.
Unikal.org-un Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq. Ona Nahid Əliyev və Knyaz Əmiraslanov köməklik edəcək. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.
28 may (bazar ertəsi)
Azərbaycan Kubokunun finalı
"Keşlə - "Qəbələ
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi : Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu, 20:00