İtaliyanın D seriyasında mübarizə aparan "Tuttokuoyo" klubunun futbolçusu Federiko Dzini sabiq sevgilisini qətlə yetirib.

Unikal.org xəbər verir ki, Dzini ad günü ərəfəsində köhnə sevgilisi Eliza Amatoya baş çəkib. Bu zaman onların arasında münaqişə yaşanıb. Nəticədə futbolçu qızı güllələyib. Ardından cəsədi maşına qoyaraq evdən uzaqlaşıb.

Daha sonra Dzininin intihar etdiyi məlum olub. Polis Piza şəhəri yaxınlığında maşında iki cəsəd tapıb.