Futbol üzrə UEFA Çempionlar Liqasının final matçının ən yaxşı oyunçusu bəlli olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın "Real və İngiltərənin "Liverpul klubları arasında keçirilmiş həlledici görüşün ən yaxşısı Qaret Beyl seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Meydana sonradan (61-ci dəqiqədə) çıxan uelsli futbolçu bu görüşdə vurduğu iki qolla komandasına qələbə (3:1) və ÇL-in baş mükafatını qazandırıb.