İspaniyanın "Real klubunun hücumçusu Kristiano Ronaldo UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Unikal.org xəbər verir ki, portuqaliyalı futbolçu ötən gecə finalda üz-üzə gəldikləri İngiltərənin "Liverpul klubu üzərində qələbə (3:1) sayəsində beşinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.
Ronaldo bu tituallardan dördünü "Realla qazanıb. Daha bir dəfə isə o, "Mançester Yunaytedin heyətində olarkən ÇL-in ən güclüsü olub.
Kristiano ötən günə qədər Klarens Zeedorf və Andres İnyesta ilə bu göstəricidə şərik idi. Lakin onlar 4 dəfə ÇL-in qalibi olublarsa, Ronaldo artıq mütləq rekordçu sayılır.