Dünən idman sahəsində gülünc hadisə baş verib. Bakıda restoranlardan birində respublika çempionatı təşkil ediblər. Bu yarış üçün də valideynlərdən pul yığılıb.

Unikal.org xəbər verir ki, sosial şəbəkədə bir valideyn paylaşdığı videoda bu barədə məlumat verərək yarışla bağlı bunu deyib: "Müəllimdən soruşuram ki, nəyə görə şadlıq evində yarış keçirirsiniz? Deyir "idman arenaları, olimpik zalların hamısından pul alırlar. 7- 10 min manat pul istəyirlər. Gəlib şadlıq sarayını tutublar ki, yarış keçirsinlər. Belə biabırçılıq olmaz.

Unikal.org-un əldə etdiyin məlumata görə, yarış Bakı Karate Do Akademiyasının rəhbəri və məşqçisi Vüsal Abdullazadə tərəfindən keçirilib. Redaksiyamıza verilən məlumata görə, yarış təşkil edən şəxslər idmançıların valideynlərinə bildirib ki, "Dəniz şadlıq sarayında yarış təkil etmək üçün 4000 manat pul ödənilməlidir. Buna görə də yarışda iştirak edənlərin valideynlıərindən pul alınıb. Digər bir məlumatda isə bildirilir ki, şadlıq sarayının sahibi yarışın təşkili üçün qarşı tərəfdən pul tələb etməyib. Bildirib ki, Ramazan ayı olduğu üçün toylar keçirilmir. Şadlıq sarayı bu vasitə ilə sadəcə öz rekalmını etmək istəyib.

Qeyd edək ki, sözügedən yarış may ayının 26-27-də baş tutub. (2018-05-27 15:23:52)

***

Xəbər vermişdik ki, Bakıda restoranlardan birində respublika çempionatı təşkil ediblər. Bu yarışla bağlı bəzi valideynlər sosial şəbəkədə video və məlumatlar paylaşaraq, yarış üçün Dəniz Şadlıq Sarayına 4000 manata yaxın pul ödənildiyini bildiriblər. 

Hadisə ilə bağlı Unikal.org-la əlaqə saxlayan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının vitse-prezidenti Vüsal Abdullazadə uşaqların valideynlərindən heç bir pul almadığını deyib:

"Yarışımızı Dəniz Sarayda ona görə etdik ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə keçirilən yarışımız bayram-əhval ruhiyəsində və daha fərqli olsun. Həmçinin havalar isti və Ramazan ayıdır. Çox insan oruc tutur. Onlar üçün də şərait yaratdıq. Bu bayram əhval - ruhiyəsində olan yarışda konsert təşkil olundu, idmançılarımız həm əyləndilər, həm də döyüşdülər. "Dəniz saray" isə bizə tam təmannasız xidmət etdi.

Valideynlərdən pul alınmasından danışan yarış təşkilatçısı "Bəlkə hansısa məşqçi onlardan pul alıb, onun bizimlə aidiyyatı yoxdur. Adını desinlər cəzalandıraq. Mən özüm adi bir şəxs deyiləm, Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının (AÇİDNF) vitse-prezidentiyəm. Bizim federasiyanın da rəhbəri Vüqar Muradov, maliyyə dəstəkçisi isə iş adamı Fərhad Əhmədovdur. Bizim yarış keçirməyə büdcəmiz çatır. Nəyə görə valideynlərdən pul alaq? deyə bildirib.





Aygün İlqarqızı