"Qarabağ"ın futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.
Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi iyunun 19-da keçiriləcək püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq.
Digər səbətdə -"səpələnməmişlər" səbətində isə aşağıdakı komandalar olacaq:
"Şkendiya" (Makedoniya), "Olimpiya" (Lyublyana, Sloveniya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Vikinqur" (Farer adaları), "Kruzayders" (Şimali İrlandiya), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Suduva" (Litva), "Kork Siti" (İrlandiya), "Spartak" (Yurmala, Latviya), "Valür" (İslandiya), "Flora" (Estoniya), "Torpedo" (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi.
İlkin mərhələdə "Linkoln" (Cəbəllütariq), "Santa-Koloma" (Andorra), "La Florita" (San Marino) və "Drita" (Kosovo) komandaları arasında mini-turnir baş tutacaq və qalib I təsnifat mərhələsinə yüksələcək.
"Səpələnməmişlər" səbətindəki istənilən komanda rəqib ola bilər.
Amma "Qarabağ"a "Alaşkert" istisnadır. Bildiyiniz kimi UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birilərinə rəqib olmalarına icazə vermir.
Qeyd edək ki, ÇL-nın I təsnifat mərhələsinin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda baş tutacaq.