2 qat paralimpiya, 2 qat dünya çempionu və 6 dəfə dünya çempionu cüdoçu İlham Zəkiyev də bu günlə bağlı paylaşım edib və 3 dildə "Əcdadlarım ilə Fəxr edirəm" sözlərini yazıb.
Sərbəst güləş üzrə üçqat dünya çempionu, olimpiya mükafatçısı Hacı Əliyev "instagramda Cümhuriyyətin 100 illiyi əks olunmuş şəkil paylaşıb.
Kikboks üzrə 23 qat dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi, "Ağ canavar ləqəbli Edurad Məmmədov sosial şəbəkədəki hesabından bu günlə bağlı video paylaraq bu sözləri əlavə edib:
"Əziz xalqımı başda cənab prezidentimiz İlham Əliyev olmaqla 28 May-Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə təbrik edirəm. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqına,dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda güc birliyi arzulayıram. Respublika gününüz mübarək olsun.
Olimpiya çempionu Toğrul Əskərov da komanda yoldaşı Hacı Əliyev kimi Cümhuriyyətin 100 illiyi əks olunmuş şəkil paylaşıb.
Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster Teymurn Rəcəbov da instagram hesabından Cümhuriyyətin 10 illiyi ilə bağlı foto paylaşıb.
Yunana- Roma güləşi üzrə milli komandanın məşqçisi, olimpiya mükafatçısı Emin Əhmədov da bu günə biganə qalmayıb və Cümhuriyyətin 100 illiyi münasibəti ilə bağlı video paylaşıb.
Hazırda Londonda yaşayan, kikboks üzrə 4 qat dünya çempionu Hafiz Baxışaliyev də bu günlə bağlı paylaşım edib. O övladının əlində bayraqla şəkillərini paylaşaraq "Can Azərbaycan sözlərini yazıb.
Kikboks üzrə milli komandanın məşqçisi Elşən Abdulrəhimov Məmməd Əmin Rəsulzadənin səsi ilə hazırlanmış videorolik paylaşıb.
Kikboks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov bu gün münasibəti ilə həm xalqını, həm də bu qürurlu gündə dünyaya gələn oğlunun ad gününü təbrik edib:
"Bu gün Azərbaycan Cümhurriyətinin 100 yaşı tamam olur. Eyni zamanda da oğlumun - Mehdimin 5 yaşı olur . Bu gün mənim üçün ikiqat bayramdır. Bu münasibətlə bütün Xalqımızı, millətimizi təbrik edirəm. İnşallah ən uzağı gələn il bu zaman Cümhurriyətimizin 101 yaşını Şuşada, Xankəndində qeyd edək.
Azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrossmeyster Türkan Məmmədyarova da bu günə biganə qalmayıb. O bayrağımızın fotosunu paylaşaraq "Çiçəklənən Respublikamız 100 yaşın mübarək sözlərini yazıb.
Aygün İlqarqızı