Misirli vəkil Bassem Vəhba "Realın futbolçusu Serxio Ramosa qarşı bir milyard avro həcmində təzminat davası açıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vəkil özü danışıb:
"Ramos qəsdən Salahı zədələyib, buna görə də cəzalandırılmalıdı. FİFA-ya şikayət edərək iddia qaldırmışam. Ramosun Salah və Misir xalqına fiziki və psixoloji cəhətdən zərbə vurması ilə bağlı həcmi bir milyard avro təşkil edən təzminat tələb edirəm.
"Realın kapitanı Serxio Ramos Çempionlar Liqasının final matçında "Liverpulun misirli forvardı Məhəmməd Salahı zədələyib. Bundan sonra Salah oyunu vaxtından əvvəl - 30-cu dəqiqədə tərk etməli olub.
Qeyd edək ki, oyun "Realın 3:1 hesablı qələbəsi ilə başa çatıb.