Almaniya yığması DÇ-2018-in hazırlıqlarını davam etdirir.
Unikal.org xəbər verir ki, yığmanın məşqi zamanı insident yaşanıb. Məşq zamanı yaşanan ikili mübarizədən sonra Yosua Kimmixlə Antonio Rüdiger arasında mübahisə baş verib.
Futbolçuların mübahisəsi dava-dalaş həddinə qədər yüksəlib. Yalnız yığma komandanın məşqçilər korpusunda yer alan Miroslav Klozenin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.