AFFA İntizam Komitəsinin iclası keçirilib.
Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan kubokunun final matçı olan "Keşlə - "Qəbələ oyununda "Keşlənin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 88-ci dəqiqəsində "Qəbələnin futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
Oyunun 55-ci dəqiqəsində "Qəbələnin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.
Oyunun 90+3-cü dəqiqəsində "Qəbələnin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.