Son Azərbaycan kubokunun qalibi "Keşlə Avropa Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Unikal.org xəbər verir ki, turnirin reqlamentinə əsasən, UEFA-nın reytinq siyahısında 19-25-ci pillələrdə qərarlaşmış 7 ölkənin kubok qalibləri yarışa 2-ci təsnifat mərhələsindən qatılacaq. Bu da o deməkdi ki, reytinq siyahısında 23-cü pillədə qərarlaşmış Azərbaycanın kubok qalibi "Keşlə də AL-da mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Xatırladaq ki, Yuri Maksimovun komandası kubokun finalında "Qəbələni 1:0 hesabıyla məğlub edərək, tarixi ərzində ilk dəfə bu titula yiyələnib.