"Nitsanın və İtaliya yığmasının futbolçusu Mario Balotelli problemlərindən danışıb.
Unikal.org xəbər verir ki, Balotelli uşaq vaxtı özünə qarşı yönəlmiş irqi-ayrıseçkiliklə (rasizm) qarşılaşdığını və cəmiyyət tərəfindən qəbul edilmədiyini vurğulayıb:
"Əlbəttə, mən ağ doğulsaydım, problemlərim daha az olardı. 18 il müddətində bütün qapılar üzümə bağlı idi. Bu qapılar mən yalnız İtaliya vətəndaşlığını aldıqdan sonra açıldı. Ancaq mənə qarşı cəmiyyətin münasibəti yenə də əvvəlki kimi idi.
Bir dəfə məktəbin yeməkxanasında qəlyanaltı yoxa çıxdı. Müəllimlər heç bir araşdırma aparmadan məndən şübhələndilər. Bir hadisə isə heç vaxt yadımdan çıxmır.
Dərslərimi hazırlayandan sonra həyətə düşüb uşaqlarla oynamaq istədim. Uşaqlara yaxınlaşıb "Salam, oynayaq? dedim. "Yox, Mario, biz səninlə oynamırıq cavabını verdilər. Bunun səbəbini soruşduqda isə "Mario, sən qaradərilisən, ona görə də səninlə oynamırıq dedilər.
Məhz dərimin rəngi qara olduğu üçün məni yaxın buraxmırdılar, fərqli münasibət göstərirdilər.