Mövsümün sonunda "Qəbələdən ayrılan Roman Qriqorçuk bu gün yeni klubu ilə müqavilə bağlayacaq.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan mətbuatı yayıb. Xəbərdə ukraynalı mütəxəssisin bu ölkənin "Astana klubuyla müqavilə bağlayacağı qeyd edilib. Qriqorçukun hazırda Qazaxıstanda olduğu da vurğulanıb.
Xatırladaq ki, ukraynalı mütəxəssisin adı uzun müddətdi "Astana ilə yanaşı hallanırdı.