Deyəsən, "Çelsidə Roman Abramoviç erası yekunlaşır.

Unikal.org xəbər verir ki, Britaniya hakimiyyəti rusiyalı milyarderə viza vermədiyi üçün Abramoviç "Çelsi layihəsindən imtina etməyi planlaşdırır. Artıq klub rəhbərliyi "Stemford Bricin rekonstruksiyası ilə bağlı layihəni dondurub.

Abramoviç arenadakı yenidənqurmaya 570 milyon avro sərf etmək niyyətində idi. "The Times bildirir ki, rusiyalı biznesmen "Çelsini satmaq niyyətinə düşsə, ona ən azı 1,2 milyard avro qiymət qoyacaq.

Abramoviç 15 il müddətində "Çelsiyə 1,14 milyard avro yatırım edib. Onun gəlişindən sonra "təqaüdçülər 5 dəfə İngiltərə çempionlğunu və kubokunu qazanıb, Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.