Rusiyanın Kazan şəhərində keçirilən idman və döyüş sambosu üzrə Avropa çempionatı başa çatıb.
Unikal.org xəbər verir ki, son yarış günündə Azərbaycan samboçusu Cavidan Qarayev 62 kq. çəki dərəcəsində estoniyalı Vadim Fomin ilə üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Bu çəki dərəcəsində final görüşü Rusiya və Ukrayna samboçuları arasında baş tutub və qazanan tərəf birinci olub.
İdman sambosu. Avropa çempionatı. Kazan, Rusiya. 62 kq
1. Ruslan Baqdasaryan (Rusiya)
2. Dmitri Yevdoşenko (Ukrayna)
3. Cavidan Qarayev (Azərbaycan) və Vadim Fomin (Estoniya)
Çempionatın yekununda Azərbaycan yığması aktivində 1 qızıl və 2 bürünc medal ilə 7-ci olub. Birinci yeri Rusiya yığması qazanıb.