"Mançester Yunaytedin əfsanəvi sabiq baş məşqçisi Aleks Ferqyuson xəstəxanadan çıxıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, həkimlər Ser Aleksin özünü yaxşı hiss etdiyini, bundan sonra müalicəsini ev şəraitində davam etdirəcəyini bildiriblər. Mayın 5-də şotlandiyalı mütəxəssis beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Onun üzərində cərrahiyyə əməliyyatı aparılmşdı. Ferqyuson 3 gün koma vəziyyətində qaldıqdan sonra özünə gəlmişdi.
Bildirilir ki, ser Aleks növbəti mövsümün əvvəlində "Mançester Yunaytedin oyunlarını "Old Traffordda izləyəcək. Onun DÇ-2018-in oyunlarına baxacağı da deyilir.