"Barselonanın prezidenti Xosep Mariya Bartomeu Osman Dembele barədə danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Bartomeu ilk mövsümdəki çətinliklərə baxmayaraq, Dembeleyə güvəndiklərini bildirib. O, Usmanın da, Koutinyonun da komandada qalacağını deyib:
"Dembele heç hara getmir. O, da, Koutinyo da bizim üçün vacib futbolçulardır. Onlar bizim layihənin əsas elementləri hesab olunurlar və biz bu futbolçulara güvənirik.
Dembele çox gənc və istedadlı futbolçudu. Növbəti mövsüm fərqli olacaq. "Barsada ilk mövsümdə istənilən səviyyədə oynamaq o qədər də asan deyil. Çünki bizim futbol fəlsəfəmiz başqalarından çox fərqlənir.