Muay-Tay üzrə milli komandamızın üzvləri daha bir mötəbər yarışa yollanıb. İyulun 1-i Çexiyanın paytaxtı Praqa şəhərində Avropa çempionatı start götürüb. Ayın 7-nə qədər davam edəcək yarışda 29 ölkədən 300 idmançı iştirak edir.
Unikal.org-un məlumatına görə praqada keçirilən yarışda təmsilçilərimizindən dünya çempionu Cabbar Mustafayev 1 döyüş keçirib. Fransalı idmançı ilə qarşılaşan C.Mustafayev döyüşü üstünlüklə başlasa da ikinci raunda çiyini çıxıb. Bu səbəbdən də o döyüşü davam etdirə bilməyib.
Qeyd edək ki, yarışın keçirildiyi ölkəyə Federasiyalarının Prezidenti Azər Həsənsoyla yanaşı, məşqçi Şəhriyar İsayev və 2 idmançı- Dünya Çempionu Cabbar Mustafayev (63.5 kq), Avropa Kubokunun mükafatçısı Məhəbbət Hümbətov (67 kq) yollanıb.