Bakının bəzi rayonlarına elektrik enerjisinin verilməsində problem yaranıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Unikal.org-a verdiyi xəbərə görə, Sabunçu, Xətai, Nizami, Suraxanı, Xəzər rayonlarının bəzi ərazilərində "Azərişıq"ın ötürücü xətləri gərginliyi ala bilmir. "Lakin bu "Azərişıq"dan asılı olan səbəb deyil. Hazırda səbəb araşdırılır".