
Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünə yekun vurulub. "Qarabağ" ardıcıl 3-cü dəfə ölkə çempionu adını qazanıb.
Elitanın sonuncu turunda AZAL-la (3:0) keçirilən matçdan sonra ağdamlılara çempionluq kuboku və qızıl medallar təqdim olunub.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqamda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov möhtəşəm jest edib.
Belə ki, o, qızıl medalı fiziki qüsurlu "Qarabağ" azarkeşi olan Orxan Əliyevə hədiyyə verib.