Avqustun 18-də Belarusun paytaxtı Minskdə start götürəcək cüdo üzrə açıq Avropa Kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Unikal.org xəbər verir ki, 2 gün davam edəcək yarışda millinin heyətində 7 kişi və 1 qadın idmançı mübarizə aparacaq. Bunlar İlkin Babazadə, Timur Boyev, Tərlan Kərimov, Elbrus Zamanov (hamısı 66kq), Afiq Səfərli (81 kq), Elmar Qasımov (100 kq), Cəlil Şükürov (+100 kq) və Kristina Jukavetsdir.
Qeyd edək ki, yarışda 36 ölkədən 284 kişi və 108 qadın cüdoçu mübarizə aparacaq.