Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Unikal.org xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək.
Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana komandası da bu mərhələdə ilk oyununu çıxacaq.
"Qəbələnin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv doğma meydanda Xorvatiya "Dinamosu ilə üz-üzə gələcək.
Türkiyənin "Fənərbağça komandası isə səfərdə Portuqaliyanın "Benfika klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Çempionlar Liqası, III təsnifat mərhələsi
7 avqust
18:00"Astana (Qazaxıstan) - "Dinamo (Zaqreb, Xorvatiya)
21:00 "Qarabağ" (Azərbaycan) - BATE (Belarus)
21:15 "Malmö" (İsveç) / "Videoton" (Macarıstan)
21:30 "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)
22:00 "Standard" (Belçika) - "Ayaks" (Hollandiya)
22:00 "Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya)
23:00 "Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə)